Путь Победы

08
Oktyabr

8 октября

"Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır."
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də "Tvitter" hesabında paylaşıb.
08
Oktyabr

8 октября

Ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır.
08
Oktyabr

8 октября

08
Oktyabr

8 октября

Dünya gözümüzün qabağında dəyişir. Biz bunu əsas götürməliyik. Bu gün münaqişənin fəal fazaya keçdiyi və kimin nizamlama potensialına malik olması aşkar görünür.
08
Oktyabr

8 октября

Bax, nizamlama potensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantları olacaqlar.
08
Oktyabr

8 октября

Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü uduzur və bizi dayandırmaq, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün çirkin əməllərə əl atır. Döyüş bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur.
08
Oktyabr

8 октября

O bölgələrdə yaşayan soydaşlarımız möhkəm dayanıblar. Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlar tezliklə işğaldan azad edilsin. Onlar sona qədər o yerlərdə qalacaq və ordumuza mənəvi dəstək verəcəklər.
08
Oktyabr

8 октября

Erməni silahlı qüvvələrinin bizim şəhərlərimizi və kəndlərimizi ballistik raketlərlə atəşə tutması müharibə cinayətidir. Buna görə Ermənistan rəhbərliyi məsuliyyət daşımalıdır.
08
Oktyabr

8 октября

Bizim sözümüz imzamız qədər keçərlidir.
08
Oktyabr

8 октября

Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir.
08
Oktyabr

8 октября

Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir.
08
Oktyabr

8 октября