Путь Победы

10
октябрь

10 октября

Новости с фронта

Ordumuz düşmənə məxsus artilleriya qurğularını məhv edir

Düşmənin növbəti artilleriya qurğuları Azərbaycan Ordusunun bölmələri tərəfindən məhv edilib.

Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin artilleriya qurğularının məhv edilməsinin görüntülərini təqdim edirik.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.